Logo

MSK ötür-ötürlə vaxt uzadır - Seçki şikayətlərinin çoxu yenidən DSK-lara niyə göndərilir?

MSK ötür-ötürlə vaxt uzadır - Seçki şikayətlərinin çoxu yenidən DSK-lara niyə göndərilir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"MSK ötür-ötürlə vaxtı uzatmaqla, süni problemlər yaratmaqla məşğuldur”.

Sfera.az-a açıqlamasında bu sözləri MSK-nın seçki pozuntuları ilə bağlı özünə ünvanlanan şikayətlərin mütləq əksəriyyətini yenidən araşdırmaq üçün DSK-lara göndərməsinə münasibət bildirərkən seçki məsələləri üzrə mütəxəssis, hüquqşünas Ələsgər Əhmədoğlu deyib:

"MSK-nın bu addımında iki aspekt var. Bir tərəfdən, onlar inzibati resurslarla dolayı yolla bəzi şikayətçilərə şikayətlərini geri götürmək üçün təzyiq edirlər. İkinci bir tərəfdən, məntrəqələrdə olan digər müşahidəçilərin əlilə hansısa bir formada əks aktlar tərtib etdirməklə, şikayətçilərin saxtakarlıqla bağlı gətirdiyi arqumentlərin inkarını təmin etməyə çalışırlar”.

Beləliklə də həmsöhbətimizə görə, ötür-ötürlə yekunda şikayətçini bezdirərək prosesdən imtina etməyə sövq etdirmək istəyirlər: "Digər tərəfdən, şikayətlər dolayı olaraq getdiyi zaman yolda itir, batır. Şikayətlərin bir çoxu mərkəzi poçtda qalaraq gözləyir. 50 metr məsafəsi olan yerə gedəcək şikayət 5-7 gün poçtda qala bilir. Bu mənada şikayətlərin mütləq əksəriyyətinin MSK tərəfindən yenidən DSK-lara göndərilməsi vətəndaşın hüququnun bərpa olunmaması üçün yaradılan süni problemlərdir”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR