Logo

Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 

Bu ilin fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 188,9 min nəfər olub, onlardan 4 937,3 min nəfərini məşğul əhali təşkil edib.

Sfera.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,14%, məşğul əhalinin sayı isə 1,24% artıb.

2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manat təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR