Logo

Nəsimi rayonu 2019-cu ili yüksək nailiyyətlərlə başa vurub

Nəsimi rayonu 2019-cu ili yüksək nailiyyətlərlə başa vurub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş

iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafına yekun vuruldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında

2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıya qoyulmuş

vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar

qəbul edildi.

Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin

Başçısı Asif Əsğərov bildirdi ki, keçən il respublikamızda olduğu kimi,

Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin

edilib, bir sıra layihələr uğurla həyata keçirilib.

Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və

ümumi irəliləyişi əks etdirən slayd təqdim olunandan sonra Nəsimi RİH-

in başçısı Asif  Əsgərov 2019-cu  ildə sosial-iqtisadi inkişafın əsas

göstəricilərini şərh etdi, ölkə başçısının paytaxtın və onun rayonlarının

hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri

barədə məlumat verdi.

Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli

icra strukturlarına verdiyi tapşırıqların  Nəsimi rayonunda bütünlüklə və

ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib. Dövlət başçısı

paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə

saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Prezident İlham

Əliyevin və  Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti

Mehriban xanım  Əliyevanın  rayona hər gəlişi nəsimililərin həyatında

əlamətdar hadisəyə çevrilmişdir.

Hesabat ilində Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi

inkişafında, müəssisə və təşkilatların fəaliyyətində nəzərə çarpacaq

müsbət irəliləyişlər olmuşdur.

Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım

dinamikası saxlanılmış, 9000 yeni daimi iş yeri açılmış, orta aylıq əmək

haqqı əvvəlki illə müqayisədə 16,9% artaraq, 762.6 manat təşkil

etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım

Əliyevanın ötən il 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin

kəsişməsində yerləşən yeni parkda yaradılan şəraitlə tanış olmağı,

metronun 28 May stansiyasının qarşısında vətəndaşlarla görüşü və

Dəmir Yolu Muzeyi ilə tanış olmağı, Azərbaycan Respublikasının

Birinci xanımı Mehriban Əliyevanın Nəsimi rayonundakı 268 nömrəli

xüsusi məktəbdə uşaqlarla görüşü, 1 nömrəli körpələr evini növbəti dəfə

ziyarət etməsi 2019-cu ildə Nəsimi rayonunun ictimai-siyasi həyatında

əlamətdar hadisə olmuşdur.

Aprelin ayının 26-da Azərbaycan Respublikasının Birinci vitse-

prezidenti Mehriban xanım Əliyevanın Nəsimi rayonunda yerləşən Tibb

Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi

köçkünlərin yaşayış şəraiti və problemləri ilə tanış olarkən köçkün

ailələrinin Qobuda yerləşən yeni yaşayış massivinə köçürülmələri

barədə göstərişindən sonra qısa müddətdə 478 nəfərdən ibarət 131

məcburi köçkün ailəsinin Qaradağ rayonu "Qobu Park” yaşayış

kompleksinə köçürülməsi Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələrin

ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının

dayanması amilinin ötən ildə də reallaşdırıldığına bariz nümunədir.

Ölkəmizdə təhsil və gənclərin inkişafı, əhalinin sağlamlığının

qorunması istiqamətində həyata keçirilən proqramlarla yanaşı, Heydər

Əliyev Fondunun reallaşdırdığı layihələr Nəsimi rayonunda da mühüm

nailiyyətlərin qazanılmasına şərait yaratmışdır. Heydər Əliyev

Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi

ilə 2019-cu il ərzində Nəsimi rayonu Rəşid Məmmədov küçəsi 23, 25,

27, Hüseyn Seyidzadə küçəsi 20, 22 24, 26, 28, Moskva pr. 46, 48,

Cavadxan küçəsi 1, Cavadxan küçəsi 3, 5, 7, Asif Məhərrəmov küçəsi

34, 38, 42, 46, Rəşid Məmmədov küçəsi 9, 9 ünvanlarında "Bizim

həyət” və "Abad həyət” layihələri həyata keçirilmişdir.

Hər il həyata keçirilən əhalinin tibbi müayinəsi və yeniyetmələrin

"Ölkəmizi tanıyaq” devizi altında respublikamızın ayrı-ayrı bölgələri ilə

tanışlığı üçün tur-aksiyaların, həmçinin Qusar rayonunda məktəblilərin

yay istirahət düşərgələrinin təşkili tədbirləri Nəsimi rayon sakinləri

tərəfindən dərin minnətdarlıq hissləri ilə qarşılanmışdır.

Ötən tədris ilində rayonun orta məktəblərini 1574 nəfər bitirmiş,

onlardan 1233 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 327 nəfəri

xarici ölkələrin ali məktəblərinə, 57 nəfəri 600-dən çox, 8 nəfəri 650-

dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu

ilin "Nəsimi ili” elan edilməsi rayonumuz üçün tarixi və əlamətdar

hadisə olmuş, Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik

yubileyi Nəsimi rayonunda da böyük fərəh və ruh yüksəkliyi ilə qeyd

olunmuşdur.

Ötən il abadlıq və quruculuq sahəsində də tədbirlər davam

etdirilmişdir. Qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya

sistemlərinin yaxşılaşdırılması, rayonun küçələrinin və məhəllədaxili

yolların əsaslı təmiri, yenidənqurulması və işıqlandırılması işləri uğurla

həyata keçirilmişdir.

Vətəndaşların rifahının daha da artırılması, onların asudə

vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, sosial infrastrukturların

yaradılması ilə bağlı tədbirlərin görülməsi barədə tapşırıqların icrası

istiqamətində 2019-cu ildə geniş abadlıq-quruculuq işləri aparılaraq Asif

Məhərrəmov küçəsi başdan-başa yenidən qurulmuş, binaların fasadları,

liftlər, dam örtükləri təmir edilmiş, həyətlərdə abadlıq işləri aparılmış,

yeni yaşıllıq zolaqları salınmışdır.

Əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin

açılması, sahibkarlığın inkişaf etdirilməsi, sərmayələrin cəlb edilməsi,

sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud

şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə

xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış

obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa

edilməsi üzrə 25 layihənin icrası ötən il davam etdirilmiş, layihələrin bir

neçəsində tamamlanma işləri aparılaraq sakinlərə yeni mənzillərin

təqdim olunmasına başlanmışdır.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə

bağlı kütləvi tədbirlər keçirib, ümumxalq  bayramları, ayrı-ayrı peşə

günləri təntənə ilə qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər

mükafatlandırılıblar.

Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların

müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın

artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim

diqqət mərkəzində saxlanılıb.

Hesabat göstəricilərinə yekun vuran  Nəsimi rayon İcra

Hakimiyyətinin Başçısi qeyd etdi ki, əldə olunmuş uğurlar yeni

nailiyyətlər üçün möhkəm zəmin yaradıb.

Hesabat yığıncaqda  çıxış edənlər rayonda görülmüş işləri yüksək

qiymətləndirdilər, qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən

söhbət açdılar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor

müdiri  Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2020-ci ildə Nəsimililərə

daha böyük uğurlar arzuladı.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar

qəbul olundu. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə

ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və

qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi

ifadə olundu.

Yekun hesabatda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən

yubilyarlara Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim

olundu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR