Logo

Azərbaycanda avtomobil yollarının son vəziyyəti

Azərbaycanda avtomobil yollarının son vəziyyəti
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti avtomobil yollarında gücləndirilmiş iş rejimində çalışıb.

Sfera.az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirilib ki, Bakı şəhərinin yollarında heç bir problem yoxdur. A.Nəcəfli bildirib ki, yollarda nəlqiyyat vasitələrinin hərəkəti tam təmin olunub: "Gecə boyu işlər görülüb, buz bağlayan yollara duz, qum səpilib, problem aradan qaldırılıb".

Rayonlarda yolların vəziyyətinə gəlincə isə A.Nəcəfli bildirib ki, ucqar dağ kəndlərinə gedən yollarda müəyyən problemlər yaranmışdı: "Yol bağlanmamışdı, sadəcə, bəzi yollarda enişli-yoxuşlu hissələr buz bağlamışdı. Orada da duz-qum qarışığı səpilib və problem aradan qaldırılıb".

A.Nəcəfli bildirib ki, hazırda "Azəryolservis" tərəfindən bu istiqamətdə görülən tədbirlər davam etdirilir, qar yağan ərazilərdə təmizləmə işləri aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR