Ekspert: "Nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğun 20%-dən çox olmamalıdır"
"Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək".
""Son zamanlarda ictimai nəqliyyatda təhlükəsizliyin və rahatlığın təmin edilməsi üçün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra işlər görülür. Mərkəzləşdirilmiş dispetçer xidmətinin tətbiqi də bu işlərdən biridir".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Fuad Daşdəmirov BNA-nın sözügedən xidmətinin tətbiqi ilə bağlı danışarkən deyib:
"İctimai nəqliyyata nəzarət mexanizminin gücləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması hazırkı imkanlarla daha çox mümkündür. Çünki avtobuslara görüntülü nəzarət mövcuddur, dispetçetlərin elektron təminatı yüksək səviyyədədir və avtobuslara yeni avadanlıqlar quraşdırılır".
Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Əlləz Əliyevin sözlərinə görə, mərkəzləşdirilmiş dispetçer xidməti sərnişindaşıma qaydalarına riayət olunmasının elektron şəkildə izlənilməsini təmin edəcək:
"Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək".
"Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək, sürücülərin iş rejiminə nəzarət etmək mümkün olacaq. Bu zaman sürücünün qaydalara riayət etməsi, 8 saatdan çox sükan arxasında olub-olmaması haqqında məlumat almaq mümkün olacaq. Nəzarət zamanı elektron məlumatlar toplana və bu məlumatlar əsasında şəhər nəqliyyatına dair gələcək planlar hazırlana bilər". (mediapost)






