Logo

Pərvanə İbrahimova vəzifədən getdi - SON DƏQİQƏ!

Pərvanə İbrahimova vəzifədən getdi - SON DƏQİQƏ!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Dövlət Universitetinin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova vəzifəsindən azad edilib.

Sfera.az xəbər verir ki, bunu P.İbrahimova özünün sosial şəbəkədəki səhifəsində yazıb. O bildirib: "Taleyim Bakı Dövlət Universiteti ilə bağlananda 17 yaşım var idi. 1994-1998-ci illərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər (ixtisas beynəlxalq jurnalistika) fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsi üzrə təhsil almışam. 2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişəm. Bu doğma universitetdə doktorantura pilləsini bitirmiş, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent olmuş, pedaqoji fəaliyyətə cəlb edilmişəm. 10 il (2000-2010) Mətbuat-informasiya şöbəsində mütəxəssis, bir 10 il isə (2010-2020) şöbənin müdiri işləmişəm. Burada fəaliyyətimə son verirəm. Pedaqoji fəaliyyətlə yola davam deyirik!"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR