Logo

Unibank Bakıda keçiriləcək para cüdo qran prisinin əsas tərəfdaşlarından biri olacaq

Unibank Bakıda keçiriləcək para cüdo qran prisinin əsas tərəfdaşlarından biri olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Unibank 11-12 may 2020-ci il tarixlərində Bakıda keçiriləсək para cüdo üzrə "IBSA Judo Grand

Prix Baku 2020” tədbirinin əsas tərəfdaşlarından biridir. Bu məqsədlə Azərbaycan Milli

Paralimpiya Komitəsi ilə Unibank arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, Unibank Paralimpiya

Komitəsinin ən yaxın dəstəkçilərindəndir. "2018-ci ildən Unibank hər addımlarında Güllə

atıcılığı üzrə milli paralimpiya komandasının yanındadır. Bu səmimi dəstəyin nəticəsində, güllə

atıcılığı komandamız son illərdə böyük uğurlara imza atıb. Hər anımızda "Unibank”ı yanımızda

görmək çox xoşdur. Paralimpiya komandalarımızın 2020-ci il Tokio Yay Paralimpiya

Oyunlarında iştirak üçün bu günədək qazandığı 7 lisenziyadan 2-si məhz "Unibank”ın dəstək

verdiyi güllə atıcıları tərəfindən əldə edilib. Mayda keçiriləcək daha bir beynəlxalq yarışda

"Unibank”ı yenə yanımızda görməyə çox şadıq”.

Unibank KB İdarə heyətinin sədir Faiq Hüseynov Paralimpiya ailəsi ilə günü-gündən artan

əməkdaşlığı çox yüksək qiymətləndirib: "Bizim Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığımız

tərəfdaşlıqdan daha da üstündür. Çox şadıq ki, "Unibank”la Komitə arasında bu gün dostluq,

doğmalıq münasibətləri formalaşıb. Dəstək verdiyimiz Güllə atıcılığı üzrə milli paralimpiya

komandamızın uğurları bizi sevindirir. İnanırıq ki, Tokio-2020-də paralimpiyaçılarımız böyük

nailiyyətlərə imza atacaqlar. Para cüdo üzrə "IBSA Judo Grand Prix Baku 2020” yarışında

iştirak edəcək para cüdoçularımıza da böyük uğurlar arzulayırıq”.

Mayda Bakıda keçiriləcək para cüdo üzrə "IBSA Judo Grand Prix Baku 2020” yarışına 40-dan

çox ölkədən 400-ə yaxın idmançı və nümayəndənin qatılacağı gözlənilir. Bu yarışdan sonra

Tokio 2020 Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə iştirak edəcək idmançıların

adları açıqlanacaq.

Xatırladaq ki, Unibank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük

Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən

bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə

dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına

çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək

göstərməkdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR