Logo

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Strateji inkişaf planını uğurla yerinə yetirmək üçün kadr potensialını

gücləndirən Azərbaycan Beynəlxalq Bankında yeni təyinat baş verib. Nihat

Şenyuva bankın Baş informasiya inzibatçısı vəzifəsinə təyin edilib.

1977-ci il təvəllüdlü Nihat Şənyuva 2000-ci ildə Türkiyənin Ege

Universitetindən Kompüter mühəndisliyi ixtisası üzrə məzun olub. 2009-cu ildə

isə Yeditepe Universitetində MBA dərəsəci alıb.

O, 2002 –2011-ci illərdə Yapi Kredi Bankda, 2011-2016-cı illərdə Yapı

Kredi Azərbaycanda müxtəlif vəzifələrdə çalışıb. Bankın İnformasiya

texnologiyaları departamentinin rəhbəri, daha sonra İT üzrə baş direktoru olub.

Azərbaycan Beynəlxalq Bankı komandasına qoşulmazdan əvvəl Yapı Kredi

Bankın törəmələri olan Yapı Kredi Bank Azərbaycan, Yapı Kredi Bank

Niderland, Yapı Kredi Bank Malta banklarında, Yapı Kredi Factoring, Yapı Kredi

Leasing, Yapı Kredi Asset Management təşkilatlarında İT və rəqəmsal

transformasiya üzrə məsul rəhbər vəzifəsində çalışıb.

Azərbaycan Beynəlxalq Bankının 2022-ci ilə qədər qarşıya qoyduğu əsas

hədəflərdən biri innovativ həllərin geniş tətbiqi, mükəmməl rəqəmsal təcrübənin

formalaşdırılmasıdır. Bank hazırda bu istiqamətdə ardıcıl layihələr həyata keçirir.

Nihat Şənyuva Azərbaycan Beynəlxalq Bankında İT və rəqəmsal transformasiya

proseslərinə rəhbərlik edəcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və

xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az

internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi

Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR