Logo

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralın 11-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb  küləyi  günün ikinci yarısında mülayim  cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-10° şaxta, gündüz  2-7°  isti, dağlarda gecə 13-18° şaxta, gündüz  1-6° şaxta olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün  ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR