Logo

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun seçki qərargahının mətbuat açıqlaması

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun seçki qərargahının mətbuat açıqlaması
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

9 fevral növbədənkənar parlament seçkilərində öz layiqli övladına – Vüqar Bayramova

göstərdiyi etimada, güvənə və dəstəyə görə hər bir həmyerlimizə təşəkkür edir, seçkilərin normal

gedişini pozmağa çalışan bəzi deputatlığa namizədlərə münasibətdə sağlam vahid iradə nümayiş

etdirib, soyuğa, şaxtaya baxmayaraq, aktiv şəkildə seçkilərdə iştirak edən seçicilərimizə

minnətdarlığımızı bildiririk.

Sağlam rəqabət şəraitində keçən mübarizədə aldıqları məğlubiyyəti həzm edə bilməyən

bəzi deputatlığa namizədlərin və onlara yaxın mətbu orqanların heç bir təsdiqedici faktlara

əsaslanmayan iddiaları bilərəkdən ölkə ictimaiyyətini çaşdırmağa yönəlmiş, ittihamların hamısı

ümumi sözlərdən ibarət olmaqla heç bir sübuta, dəlilə əsaslanmamışdır.

Seçki günü Vüqar Bayramovun qərargahı seçki prosesini diqqətlə izləmiş, eyni zamanda

dairə seçki komissiyası tərəfindən əvvəlcədən müşahidəçi statusu əldə etmiş könüllülər 84 saylı

Füzuli seçki dairəsinin bütün məntəqələrində digər müşahidəçilərlə yanaşı, prosesi müşahidə

etmişlər.

Bütün məntəqələrdə namizədlərin müşahidəçilərinə seçki prosesini maneəsiz izləmələrinə

bərabər imkanların yaradılması, səslərin sayılması prosesində müşahidəçilərin məntəqə

komissiyasının üzvləri ilə birlikdə yaxından iştirakı, hətta bu prosesin müşahidəçilər tərəfindən

sosial şəbəkələrədə canlı şəkildə yayımlanmasına imkan yaradılması 84 saylı Füzuli seçki

dairəsində seçkilərin yüksək şəffaflıq şəraitində keçirilməsinin bariz nümunələrindəndir.

Vüqar Bayramovun seçki qərargahı ölkədə şəffaf və ədalətli seçkilərin keçirilməsi ilə

bağlı ölkə rəhbərliyinin nümayiş etdirdiyi siyasi iradəni xüsusi olaraq vurğulayaraq, 84 saylı

Füzuli seçki dairəsində şəffaf seçki prosesinə kölgə salmağa çalışanların provokativ

hərəkətlərinin qarşısını vaxtında almağı bacarmış dairə seçki komissiyasının və məntəqə

komissiyalarının rəhbərliyinə təşəkkürünü bildirir, Azərbaycanın müxtəlif bölgələrində

məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün seçicilərə seçkiyə göstərdikləri yüksək

maraqlarına və fəal iştiraklarına görə bir daha dərin minnətdarlığını ifadə edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR