Məşhur avtomobil şirkəti 2 ölkəyə idxalı dayandırdı
Kateqoriya məlum deyil
ABŞ-ın "Ford" avtomobil şirkəti ilin sonuna qədər Yaponiya və İndoneziyaya avtomobillərin idxalını və satışını dayandıracaq.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Ford"un Asiya-Sakit Okean bölməsi üzrə rəhbəri Deyv Şox şirkətin yuxarıda adları qeyd edilən ölkələrdəki nümayəndələrinə ünvanladığı məktubda bildirilir.
Məktubda qeyd edilir ki, "Ford"un bu ölkələrdəki fəaliyyəti rentabelli deyil.
Qeyd edək ki, "Ford"un Yaponiyadakı nümayəndəliyində 292 nəfər, İndoneziyadakı nümayəndəliyində isə 35 nəfər çalışır.






