Logo

“Biz Sizə - elminizə və vətənpərvərliyinizə inanırıq”

“Biz Sizə - elminizə və vətənpərvərliyinizə inanırıq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonundakı Şıxlı

yatağında məskunlaşmış bir qrup məcburi köçkün seçici ilə görüşüb. Seçicilər Vüqar Bayramovu

alqışlarla qarşılayıblar. Vüqar Bayramov millət vəkilinin seçicilərin yanında olmasının vacibliyinə

toxunaraq qeyd edib ki, Azərbaycanda artıq yeni dönəm başlayıb: "Parlamentdə xalqın güvəndiyi insanlar

olmalıdır. Parlamentdə potensiallı insanlar olmalıdır. Parlament millətin güzgüsüdür. Millət vəkili

respublikada öz seçicilərini, ökədən kənarda isə ölkəsini təmsil edir. Mən Sizin üzünüzü hər iki tribunada

ağ edəcəyimə söz verirəm.”

Sonra kəndin ağsaqqalları Vüqar Bayramova öz xeyir-dualarını verib, ona uğurlar arzulayıblar:

"Biz Sizə inanırıq. Sizin elminizə inanırıq, vətənpərvərliyinizə inanırıq, seçicilərə xidmət edəcəyinizə

inanırıq.”

Görüşün sonunda kənd sakinləri ilə səmimi söhbət edən Vüqar Bayramov onları diqqətlə

dinləyib, qayğıları ilə maraqlanıb, millət vəkili seçiləcəyi təqdirdə belə görüşlərin mütəmadi

keçiriləcəyini və qaldırılan məsələlərin müvafiq dövlət qurumları ilə müzakirə ediləcəyini bildirib.

Şıxlı yatağında məskunlaşmış həmyerlilərimlə görüş məni xeyli mütəəssir etdi. Doğma yurdundan

didərgin düşmüş insanların nikbinliyi, zəhmətsevərliyi və həyata bağlılığı məni xeyli duyğulandırdı. Sizə

xidmət etmək mənim üçün böyük şərəf və qürurdur, doğma həmyerlilərim.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR