Logo

“Bizim gücümüz insanlarımızdır” - VİDEO

“Bizim gücümüz insanlarımızdır” - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

17 saylı Yasamal üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Elnur Allahverdiyev təşviqat kampaniyası ərzində gördüyü işlər barədə video-müraciət ünvanlayıb. Sfera.az xəbər verir ki, namizəd təqribən 3 həftə ərzində Yasamalın Sovetski deyilən hissəsində 60-a yaxın evdə olduğunu, sakinlərin problemlərini və arzularını dinlədiyini vurğulayıb:

"Camaata güvənərək yola çıxdım. Onlarla işləmək, ünsiyyət yaratmaq, insanlarımızı daha yaxından tanımaq,  gələcəyə doğru yeni-yeni naliyyətlər bölüşmək istəyirəm. Hər dəfə qeyd edirik ki, bizim gücümüz insanlarımızdır. Birinci gündən qapı-qapı gəzib seçicilərimizlə görüşmüşük. Bu gün Azərbaycan xalqının birliyə çox böyük ehtiyacı var”.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR