"WhatsApp"da yeni funksiya - FOTO
Kateqoriya məlum deyil
Milli.Az "gsmarena"ya istinadən xəbər verir ki, WhatsApp-ın hələ təqdim edilməyən yeni versiyası ilə bağlı bəzi məlumatlar yayılıb.
Məlumata görə, WhatsApp-ın 4.12.413 nömrəli versiyasında "improve Facebook experiences" adlı yeni funksiya əlavə ediləcək. Bu funksiya "WhatsApp"dakı "Hesab ayarları" bölməsində olacaq və aktiv olunduqda hesab məlumatlarınızı "Facebook" ilə paylaşacaq.
Qeyd edək ki, yeni funksiyanın nə zaman istifadəyə veriləcəyi haqda məlumat verilmir.






