Könül Nurullayeva yeniyetmələrə bayram əhvalı bəxş etdi.
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar təbliğat-
təşfiqat kampaniyası sona yaxınlaşmaqdadır. 24 saylı Nizami birinci seçki
dairəsindən namizədliyini irəli sürən Könül Nurullayeva Rüstəmov küçəsindəki 47
nömrəli binanın qarşısında bu məhəllədən olan seçicilərlə görüşüb. Daha sonra
namizəd sakinlərlə birlikdə binanın qarşısında yerləşən meydançada uşaq və
yeniyetmələrin futbol oyununa tamaşa ediblər.
Bu tədbirdən sonra Q. Qarayev 79, 77, 73, Naxçıvanski 53, 55, 57, 57a, 67, 69, 73,
Rüstəmov 54, 56, 58 ünvanlarında yaşayan yerli sakinlərlə görüşlər olub.
Seçicilərin problemləri ilə maraqlanan və onların istəklərini dinləyən Könül
Nurullayeva bu istiqamətdə əl-ələ verib onlarla birgə inamla və əzmlə çalışmağa
söz verib.
Keşlə qəsəbəsində 5, 5a, 11, Türkmən 10/3 və Zakir 11/5 küçələrindəki
mənzillərdə keçirilmiş toplantılarda isə sakinləri narahat edən məsələlərdən bir
neçəsi, xüsusilə rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, insanların rifah
səviyyələrinin yüksəldilməsi, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin
sosial-məişət problemlərinin həlli, uşaq və gənclərin asudə vaxtlarının təşkili,
sağlam həyat tərzinə cəlb olunmaları və onların həlli istiqamətində görülməli işlər
müzakirə olunub.
Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında
daha ətraflı məlumatla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.
//m.facebook.com/nurullayevakonul/
//instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt






