Logo

Tovuzda 18 yaşlı qızı qaçırdılar - MƏHKƏMƏ

Tovuzda 18 yaşlı qızı qaçırdılar - MƏHKƏMƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Adam oğurluğunda təqsirləndirilən Tural Zeynalov, Pərviz Musayev və Mehman Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sfera.az oxu.az=a istinadla xəbər verir ki, cinayət işi baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Dadaş İmanovun icraatına verilən iş üzrə hazırlıq iclası fevralın 13-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Tovuzun Əhmədabad kəndində baş verib.

Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü M.Ş.-i evinin yaxınlığından zorla maşına mindiriblər. Onu Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar. Qaçırmanın məqsədi qızla evlənmək olub.

Qızı qaçıran şəxslər Tovuzun Abdal kənd sakinləri - 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu olub. Onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirib. M.Ş.-nin yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR