Minlərlə insan Lənkəranda Rəvan Bəşirovla görüşə axışır
"Xəzər-Lənkəran" Futbol klubunun keçmiş vitse-prezidenti, 74 saylı Lənkəran seçki dairəsi üzrə namizəd olan Rəvan Bəşirovun seçiciləri ilə görüşləri davam edir.
Sfera.az xəbər verir ki, özünün sosial şəbəkə hesabında növbəti görüşü ilə bağlı paylaşım edən namizəd bildirib ki, "Girdəni kəndində Lənkəran sakinləri ilə görüşümdən çox zövq aldım. 400-ə yaxın seçicimlə bir araya gəlib şablon mövzular, avtobioqrafiyalar, vədlər və problemlərdən çox, onların eşitmək istədiyi yeniliklər, gözləntilər və seçki prosesindən qarşılıqlı danışdıq. Onların üzündəki məmnunluğu görmək möhtəşəm hiss idi.
Biz Lənkəranda, bəlkə də Azərbaycanda ilk günlərdən bir ilkə imza atanlardan olduq. 6 namizəd var idi seçicilərimlə görüşüdə. Hamısı da çıxış edib mənə uğurlar arzuladı. Arzuları da həqiqətən içdən və səmimi idi. Çünki bizim birliyimizin əsasında Lənkərana bağlılıq durur. Bizim mübarizəmiz kreslo üçün deyil, Lənkəran və Azərbaycan üçündür. Bunun üçün bir olmaq boynumuzun borcudur."






