Logo

Şahin Seyidzadə təbliğat kompaniyasını davam etdirir

Şahin Seyidzadə təbliğat kompaniyasını davam etdirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cari ilin Fevralın 9-a təyin edilmiş növbədənkənar Parlament seçkilərinə təbliğat - təbliğat təşviqal kompaniyası davam edir.

Sfera.az xəbər verir ki, 50 saylı Abşeron - Qobustan Seçki Dairəsindən namizədlyini irəli sürmüş Şahin Seyidzadə seçicilərilə uğurlu görüşlərini davam etdirir.

Namizəd özünün sosial şəbəkə hesabında ifadə etdiyi yazısında seçicilərilə baş tutan görüşlərdə onları diqqətlə dinlədiyini, problemlərini həll etməyə çalışdığını bildirib. 9 Fevral Parlament seçkilərində seçicilərin səsinə inandığını bildirən Seyidzadə hər kəsi seçkilərdə fəal olmağa çağırıb.

Sözü gedən paylaşımı diqqətinizə çatdırırıq: "Təşviqat kampaniyamızın növbəti həftəsi uğurla yekunlaşdı!
Seçki dairəmizə daxil olan bölgələrdə keçirilən məsuliyətli və həyəcanlı görüşlər zamanı seçicilərimiz tərəfindən səsləndirilən problemləri dinlədik, onlarla həmsöhbət olub, fikir mübadiləsi apardıq.
9 fevralda baş tutacaq parlament seçkilərinə sayılı günlər qalır. Qarşıdaki günlərdə də təşviqat kampaniyamız çərçivəsində həyata keçirilən dayanıqlı və əzmkar fəaliyyətlərimiz davam edəcək. Sözdən əmələ keçə bilməyimiz üçün bütün seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıram.
Unutmayaq ki, ən pis mövqe elə mövqesiz mövqedir. #seyidzade50"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR