Logo

Fərəc Quliyev 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər – HÜQUQŞÜNAS RƏYİ

Fərəc Quliyev 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər – HÜQUQŞÜNAS RƏYİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Fərəc Quliyevin bu hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312 maddəsilə təsbit olunan əmələ uyğun gəlir. Bu baxımdan böyük ehtimalla Prokurorluq cinayət işinə başlamalı və həmin şəxsin namizədliyi ləğv olunmalıdır”.

Sfera.az-a açıqlamasında bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizədFərəc Quliyevin digər namizəd bloger Mehman Hüseynova namizədliyini öz xeyrinə geri götürməsi qarşılığında 15 min manat verəcəyini vəd etməsi fonunda prosesin hüquqi müstəvidə necə həll oluna biləcəyinə toxunarkən hüquqşünas Ələsgər Əhmədoğlu deyib:

"Rəqiblərinə bəlli imtiyazlar vəd edən "pullu” namizədlər gərək ehtiyatlı olsunlar. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 2011-ci ildə əlavə edilən 312-1.2 maddəyə görə;

"Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi— cinayət əməli hesab edilir və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Kimsə düşünə bilər ki, burda "vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək”lə namizədə imtiyaz təklif etməyin nə əlaqəsi var?”

Həmsöhbətimiz qeyd etdi ki, bu sualın cavabını isə308-ci maddənin qeyd hissəsində tapmaq olar: "Bu fəslin maddələrində "vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

"…. 2.dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

Onu da vurğulayım ki, Cinayət Prossesual Məcəlləsinin 46-cı maddəsinin tələbinə əsasən, imtiyaz təklif edən şəxsə qarşı Cinayət işinin başlanması üçün səbəb həm də kütləvi informasiya vasitəsinin məlumatları ola bilir”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR