Logo

Novruz çərşənbələrinin tarixləri açıqlanıb

Novruz çərşənbələrinin tarixləri açıqlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq. (apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR