Logo

Mahmudlu-1 sakinləri Vüqar Bayramovu təntənə ilə qarşıladı

Mahmudlu-1 sakinləri Vüqar Bayramovu təntənə ilə qarşıladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Mahmudlu-1 kəndində

seçicilərlə görüşə son vaxtlar kəndin yetişdirdiyi tanınmış elm adamlarından biri olan Sumqayıt Dövlət

Universitetinin professoru Şəfa Əliyevlə birlikdə qatılıb.

Kəndin ağsaqqallarının, ziyalılarının və sadə insanların iştirak etdiyi görüşdə Vüqar Bayramovun

tərcümeyi-halı, nailiyyətləri və millət vəkili seçiləcəyi halda görəcəyi işlər barədə ətraflı məlumat verilib.

Sonra çıxış edən Vüqar Bayramov seçicilərin maraqlarının, qayğılarının həmişə onun üçün prioritet

olacağını, Füzuli camaatı ilə müntəzəm görüşüb, onları dinləyəcəyini, seçiciləri maraqlandıran məsələləri

parlamentdə qaldıracağını bildirib.

Mahmudlu -1 kənd orta məktəbinin müəllimi Məmmədov Bağman Məhərrəm oğlu Vüqar

Bayramovun respublikada və onun hüdudlarından kənarda savadlı iqtisadçı ekspert kimi tanındığını və

qəbul edildiyini, Füzuli rayonunun yetirməsi kimi öz camaatına bağlı olduğunu, elə bu səbəblərdən də

ona səs verəcəklərini qeyd edib.

Kənd sakinlərindən Hətəmov Aslan Gəncalı oğlu 84 saylı Füzuli seçki daiərəsindən Vüqar

Bayramovun namizəd olduğunu eşidəndə çox sevindiyini, Füzulu rayonunu parlamentdə məhz belə gənc

və savadlı kadrların təmsil etməsini arzuladıqlarını bildirib.

Kəndin tanınmış seyidlərindən Məmmədov İsaxan Qəni oğlu Mahmudlu -1 kənd sakinlərinin

Vüqar Byramovu öz xalqını, Vətənini sevən, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi

istiqamətində mütəmadi təkliflər hazırlayıb hökumətə təqdim edən vətənpərvər iqtisadçı kimi

tanıdıqlarını, elə bu üzdən də səslərini ona verəcəklərini vurğulayıb.

Mahmudlu -1 kəndinin yetirməsi olan professor Şəfa Əliyev bu günədək heç bir deputatlığa

namizədi dəstəkləmədiyini, seçki kampaniyasında iştirak etmədiyini deyib: "Əziz həmkəndlilərim, Vüqar

Bayramov birinci və yeganə namizəddir ki, mən onun rəsmi vəkiliyəm, açıq şəkildə Füzulimizin

görkəmli alimini, ziyalı ailəsində tərbiyə almış mədəni, tərbiyəli, xalqına, elinə bağlı olan həmyerlimizi

dəstəkləyirəm və bundan böyük qürur duyuram. Əminəm ki, 9 fevralda fəal şəkildə seçkiyə gələrək

Vüqar müəllimə səs versəniz, növbəti beş ildə bir nümunəvi millət vəkili, bir vətənvərvər alim və ziyalı

kimi siz də onunla qürur duyacaqsınız. O, həmişə sizin yanınızda olacaq, sizi dinləyəcək, sizin sosial

təminatınızın gücləndirilməsi üçün var gücü ilə çalışacaq.”

Görüşün sonunda kənd sakini Əliyev Mərdan Fehruz oğlu Vüqar Bayramova təşəkkür etmək

üçün çoxdan gözlədiyini, yaranmış imkandan faydalanmaq istədiyini söyləyib: "Mən müntəzəm şəkildə

Vüqar müəllimin çıxışlarını dinləyir, verdiyi proqnozları yaxından izləyirəm. Məhz onun proqnozları

sayəsində illərlə yığdığım əmanəti 2015-ci ildə devalvasiyanın mənfi təsirlərindən qoruya, çoxdankı

arzumu reallaşdıra, ev ala bildim. Buna görə də Vüqar müəllimə dərin minnətdarlığımı bildirirəm.”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR