Logo

Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibəti ilə tədbir keçirilib

Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibəti ilə tədbir keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı

hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən

artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi   qayğının

bir təzahürüdür ki,  fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri

günü elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si

respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB

məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda

qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı

ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqçi davamçısı,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz

fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və

peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində

böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində

əlamətdar bir hadisə olmuşdur. 2011-ci  ildə dövlət başçısının Sərəncamı

ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu

yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm

işlər həyata keçirilir.

Şəhərimizin gözəl məkanlardan biri olan "Romance Palace”da Nəsimi

rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm

bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə  rayonun elm, mədəniyyət,

təhsil, ictimai,  elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən

qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar

dəvət olunmuşdur.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif

Əsgərov  dəvət olunanları salamlayaraq qeyd etmişdir ki, dahi Heydər

Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki,

Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda

Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il

fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və

daha sonra Ulu öndər Heydər Əliyevin  imzaladığı sərəncamla fevralın 2-si

Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük

fikir verən, onların problemlərini hər zaman diqqət  mərkəzində saxlayan

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən

gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin

«Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın

təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə

bağlı müxtəlif sərəncamların verilməsi  həmin işlərin bir hissəsidir.

Nəsimi rayonunda  keçən müddət ərzində gənclərimizin ölkənin

ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin

həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün

istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata

keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil,

iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin

xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin

həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.

Asif Əsgərov bildirdi ki,  hər zaman gənclərə dəstək olan Azərbaycan

Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın

fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun

Azərbaycanın mədəniyyətinin, tarixinin və ölkədəki nailiyyətlərin dünya

miqyasında təbliği və tanınmasında böyük rolu vardır.

Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Nəsimi rayonunda

gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə

təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm,

mədəniyyət sahələrində fərqlənən gənclərə Nəsimi rayon İcra

Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur.

Bayram tədbirində gənclər "2 fevral- Gənclər günü” münasibətilə

hazırlanmış  tortu kəsmiş, daha sonra Azərbaycan Milli Konservatoriyası

tərkibində Musiqi Kollecinin istedadlı tələbələrinin, 3 saylı Uşaq Gənclər

İnkişaf Mərkəzinin rəqs kollektivinin və incəsənət ustalarının  iştirak etdiyi

böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR