Logo

ABŞ Vüqar Bayramovun beyin mərkəzini “Ən mükəmməl mərkəz” elan etdi

ABŞ Vüqar Bayramovun beyin mərkəzini “Ən mükəmməl mərkəz” elan etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün ABŞ-ın Pensilvaniya Universitetinin dünyanın aparıcı beyin mərkəzlərinin

reytinqi ilə bağlı hazırladığı beynəlxalq hesabat Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-

Yorkdakı mənzil qərargahında təqdim edilib. Hesabatın, eyni vaxtda dünyanın 100-dən artıq

ölkəsində təqdimatı keçirilib. Bu vacib sənəd beynəlxalq maliyyə qurumlarında, o cümlədən

Dünya Bankında da təqdim olunub.

Qlobal reytinqin müəyyənləşdirilməsi üçün dünyanın 182 ölkəsini təmsil edən 6545

beyin mərkəzində sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib.

Beynəlxalq qiymətləndirmədə iqtisadçı alim Vüqar Bayramovun rəhbərlik etdiyi,

reytinqin nəticələrinə uyğun olaraq 8 ildir ki, Cənubi Qafqazda və Orta Asiyada birinci yeri tutan

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) xüsusi statusa layiq görülüb.

CESD qeyd edilənn regionun 2016-2018-ci illər üzrə "Ən mükəməl mərkəzi” elan

olunub. CESD Cənubi Qafqaz və Orta Asiyadan bu ada layiq görünən ilk təşkilatdır. Dünyada ilk

dəfə tətbiq olunan bu statusa region üzrə Azərbaycandan CESD layiq görülüb. Qeyd edək ki,

dünya üzrə eyni nominasiyanın qalibi ABŞ-ın Brukinq İnstitutu olub.

Hələlik dünyada yeganə qlobal qiymətləndirmənin nəticələrinin əks olunduğu nüfuzlu

beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycandan seçilməsi sevindirici

olmaqla yanaşı, mərkəzin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir.

CESD sözügeden hesabatda 20-dən artıq kateqoriya üzrə dünyanın ən aparıcı beyin

mərkəzləri siyahısına daxil edilib. Eyni zamanda, təşkilat, illik büdcəsi 5 milyon dollardan az

olan beyin mərkəzləri arasında dünyada 4-cü olmaqla yanaşı, dünyanın 10 "Ən yaxşı idarə

olunan beyin mərkəzi”dir. Azərbaycan təşkilatı qlobal enerji və resurs siyasəti üzrə də ilk 15-

likdə yer alıb.

Hesabatın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz:

//repository.upenn.edu/cgi/viewcontent.cgi?article=1018&context=think_tanks

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR