Logo

Füzuli ziyalıları: “Vüqar Bayramova səs verməklə, Füzulimizin inkişafını dəstəkləmiş olacaqsınız”

Füzuli ziyalıları: “Vüqar Bayramova səs verməklə, Füzulimizin inkişafını dəstəkləmiş olacaqsınız”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov doğma yurdunda

seçicilərlə görüşlərini davam etdirir. Vüqar Bayramovun rayonun Alıxanlı, Yuxarı

Kürdmahmudlu və Aşağı Kürdmahmudlu kəndlərində yaşayan seçicilərlə görüşlərində

deputatlığa namizədin vəkilləri olan Füzuli rayonunun tanınmış ziyalıları - Sumqayıt Dövlət

Universitetinin professoru, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev, Azərbaycan Dövlət

İqtisad Universitetinin dosentləri Əlirza Məmmədov, İlqar Xəlilov və Yusif İbrahimov iştirak

ediblər.

İlk dəfədir ki, deputatlığa namizədin vəkili kimi seçki kampaniyasına qoşulduğunu

vurğulayan Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Əlirza Məmmədov, bu

məsuliyyətdən şərəf duyğunu bildirib: "Bugünə kimi çox namizədlər onlara vəkillik etməyimi

təklif etsələr də, qəbul etməmişəm. Ancaq Vüqar Bayramov kimi Vətəninə bağlı, onun inkişafı

üçün çalışan bir iqtisadcı alimin vəkili olmaqdan qürur duyuram. Mən də bir Füzuli ziyalısı kimi

doğma yurdumuzun daha da inkişaf etməsi və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi

üçün sizi Vüqar Bayramova səs verməyə səsləyirəm.”

Vüqar Bayramovun digər vəkilləri, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentləri

İlqar Xəlilov və Yusif İbrahimov da deputatlığa namizədin fəaliyyətlərindən və əldə etdiyi

nailiyyətlərdən danışıblar: "Vüqar Bayramov dünya səviyyəsində tanınmış iqtisadçı alimdir.

Namizədlikdən öncəki fəaliyyəti insanların sosial təminatını gücləndirilən təkliflər istiqamətində

olub. İnanırıq ki, siz seçicilər Vüqar Bayramova 9 fevral seçki günündə dəstəyinizi nümayiş

etdirsəniz, o da bu 5 ildə daim sizin yanınızda olacaq.”

Hər bir kənddə seçicilər tərəfindən sevinclə qarşılanan Vüqar Bayramov onların etimad

və güvənini həmişə doğrultmağa çalışacağını bildirib: "Məcburi köçkünlərin yaşadığı rayonun

deputatının məsuliyyəti daha böyük olmalıdır. Həm bir məcburi köçkün, həm də məcburi

köçkünlərin qayğılarını daha yaxından bilən insan kimi bu məsuliyyəti dərindən hiss edirəm.

Seçiləcəyim təqdirdə hər zaman seçicilərimin yanında olub, onları maraqlandıran məsələlərin

qısa zamanda həllinə nail olmağa çalışacağam. Namizədlikdən öncəki fəaliyyətim, eləcə də

iqtisadi biliklərim və təcrübəm mənə imkan verəcək ki, sizi parlamentdə daha yaxşı təmsil edim.

İnanıram ki, 9 fevralda doğru seçim edib, rayonumuzun inkişafına dəstək ola biləcək, potensiallı

şəxsə səs verəcəksiniz.”

Sonda seçicilər namizədə onları maraqlandıran suallar ünvanlayaraq, Elinə və Elminə

güvənən insana səs verəcəklərini vurğulayıblar: "Təkcə bizim Füzuli rayonunu deyil, bütün

ölkəni maraqlandıran aktual iqtisadi və sosial məsələləri daim media vasitəsilə gündəmdə

saxlayan insana dəstək olmalıyıq. Çünki o, yalnız füzulilərin deyil, bütün azərbaycanlıların

fəxridir.”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR