Elnur Allahverdiyevin seçiciləri ilə görüşləri davam edir-FOTO
Kateqoriya məlum deyil
YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədi Elnur Allahverdiyevin seçiciləri ilə görüşləri davam edir. Bu günlərdə bir ailənin qonağı olan namizəd facebookdakı rəsmi səhifəsində bu görüşlə bağlı paylaşım edib:
" Bayır şəhərdə daha bir ailənin qonağı olduq - Şəmiyevlər ailəsinin. 4 övlad böyüdüblər, Böyük oğullarının 48 yaşı var. Maşallah! Şəmiyevlərin əsas çətinliyi Bayır şəhərin ənənəvi problemi olan yaşayış sahəsinin azlığıdır. Ailə böyüyüb, Bir evdən daha dörd ev çıxıb. Sakinlər artıb, yaşayış sahəsi azalıb. Amma Şəmiyevlərin ürəyi zərrə qədər də kiçilməyib. Qəlbləri geniş, evlərinin qapısı qonaq üçün açıqdır. Səmimi söhbətə və qonaqpərvərliyə görə təşəkkür edirik! Yeni, geniş mənzillərinizdə görüşmək ümidi ilə..."






