İqbal Məmmədov YAP-ı nüfuzdan salır -VIDEO
Kateqoriya məlum deyil
78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədov artıq Yeni Azərbaycan Partiyası üçün də problemə çevrilir.
Sfera.az-ın nyus.az-a istinadən əldə etdiyi məlumatda bildirilir ki, Lerik seçicilərinin İqbal Məmmədovu qəbul etməməsinə rəğmən deputat inzibati resursların hesabına təbliğat və təşviqat kampaniyasını aparmaqla hakim partiyanı da nüfuzdan salır. Onun kampaniya zamanı YAP-ın namizədi olduğunu xüsusi vurğulaması, guya artıq mandatla təmin edilməsi barədə rəy yaratması hakim partiyaya qarşı əks-təbliğata rəvac verib. Digər tərəfdən, artıq rayoin sakinləri İqbal Məmmədovun namizədliyinə etirazlarını YAP-a ünvanlamağa başlayıb.
İqbal Məmmədova qarşı mənfi münasibətin kökündə isə deputat kimi seçicilərinin problemləri ilə maraqlanmaması, onlara münasibətdə saymamazlıq nümayiş etdirməsi, bəzi hallarda isə sadə leriklilərə problemlər yaratması ilə bağlıdır.






