Sevinc Fətəliyevaya kütləvi etiraz: seçicilər görüşlərdən imtina edir
Bu barədə instagram və vatsapda yaradılan "hövsanlilar” və "ziglilar” qruplarında məlumat paylaşılıb.
Məlumatda deyilir ki, rayonun Hövsan, Zığ, Qaraçuxur və digər ərazilərində də deputatı etirazla qarşılayırlar. Belə ki, seçicilər görüşlər zamanı Fətəliyevaya etiraz edib görüşmək istəmədiklərini deyir, nəticədə görüş ya baş tutmur və ya qalmaqalla bitir.
Ona görə də başqa ərazilərdən, əsasən də universitetlərdən gənclərin cəlb edildiyi bildirilir.
Qeyd edək ki, yanvarın 26-da da Sevinc Fətəliyevanın Zığ kəndində seçicilərlə görüşü də etirazla qarşılanıb.
Görüşdə xanım deputatın çıxışından sonra söz alan seçicilərdən biri deputatı fakt qarşısında qoyub və ona namizədliyini geri götürməyi tələb edib. Seçicinin tələbi zalda alqışlarla qarşılanıb.
Bu, tədbirdən yayılan videogörüntüdə də əksini tapıb.






