Logo

İcbari sığortanın məbləği artıb

İcbari sığortanın məbləği artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu ilin fevral ayında İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 75 590 müqavilə qeydiyyata alınıb.
 
İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bunların 8 974 ədədi xarici ölkədə qeydiyyata alınıb, Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
 
Ümumilikdə fevral ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,3 milyon manat olub.
 
2015-ci ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 18,2%, sığorta haqlarının məbləğində isə 24,7% artım müşahidə edilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR