“...Füzulilər hər yerdə fəxrlə deyə biləcəklər ki, bizim deputatımız Vüqar Bayramovdur”
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov bu gün səhər saat 10-dan
başlayaraq axşam saat 18-dək Qayıdış qəsəbələrində seçicilərlə 6 görüş keçirib. Hər bir qəsəbədə
seçicilərlə söhbətləşən Vüqar Bayramov əvvəlcə öz fəaliyyət planı haqqında geniş açıqlama verib:
"Mənim fəaliyyət planım, platformam konkret və əsaslandırılmış təkliflər əsasında hazırlanıb. Deputat
seçilsəm də-seçilməsəm də, qeyd olunan təkliflərin həyata keçməsinə çalışacağam. Təbii ki, sizin
dəstəyinizlə parlamentdə təmsil olunsam, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini
nəzərdə tutan təkliflərin daha ali kürsüdən səsləndirilməsinə, dövlət qurumları ilə daha məhsuldar
əməkdaşlığa imkan yaranacaq.”
Qayıdış qəsəbələrində məskunlaşmış seçicilərin qayğılarını dinlədikdən sonra Vüqar Bayramov
Füzulidən olan akademik iqtisadçılar Akif Musayev və Əli Nuriyevlə birlikdə rayonun sosial-iqtisadi
inkişaf planını hazırlayacaqlarını, hər kəndin və qəsəbənin ehtiyaclarının öyrənilərək həmin planda əks
etdiriləcəyini bildirib: "Çalışacağıq ki, həmin plan hazırda icra olunan dövlət proqramları ilə
əlaqələndirilsin və tezliklə qəbul olunaraq icra edilsin.”
Vüqar Bayarmov qeyd edib ki, seçki kampaniyası dövründə ona Füzuli rayonunun yetişdirdiyi
dünya səviyyəli alimlər dəstək verirlər: "Akademiklər Hətəm Quliyev, Akif Musayev və Əli Nuriyev,
professorlar Şəfa Əliyev, Qalib Qarayev və Qalib Hüseynov kimi elm adamları mənim rəsmi
vəkillərimdir. Mən görkəmli elm xadimlərimizn dəstəyinin və sizin səslərinizin məsuliyyətini hiss edirəm
və millət vəkili seçiləcəyim təqdirdə bu dəstəyə layiq olmağa çalışacağam. Füzulilər hər yerdə fəxrlə deyə
biləcəklər ki, bizim deputatımız Vüqar Bayramovdur.”






