Logo

Fin qəsəbəsində Vüqar Bayramov qələbəliyi

Fin qəsəbəsində Vüqar Bayramov qələbəliyi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Füzuli rayonunun Fin qəsəbəsində məskunlaşan seçicilər 84 saylı Füzuli seçki dairəsindən

deputatlığa namizəd Vüqar Bayramovu böyük coşğu ilə qarşılayıb. 400-ə yaxın seçicinin iştirak

etdiyi görüşdə sakinlər Vüqar Bayramovla həmrəylik nümayiş etdirib, onu dəstəklədiklərini

vurğulayıblar.

Seçicilərin isti münasibətindən mütəəssir olduğunu dilə gətirən deputatlığa namizəd

həmyerlilərinin dəstəyi ilə respublikada nümunəvi millət vəkili-seçici münasibətləri

formalaşdıracaqlarına əminliyini ifadə edib: "Millət vəkili olmaqda yeganə məqsədim bu

günədək qazandığım bilik və təcrübəmi həmyerlilərimə və xalqıma xidmətdə istifadə etməkdir.

İnanıram ki, belə də olacaq. Sizin dəstəyinizlə biz buna birlikdə nail olacağıq.”

Vüqar Bayramov qəsəbə sakinlərinin istək, arzu və təkliflərini də dinləyib, qeyd olunanların

bundan sonrakı fəaliyyətində nəzərə alacağını bildirib.

Görüşdə deputatlığa namizədi müşayiət edən Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi

Həsən Əmirov Vüqar Bayramovun Füzuli rayonunu parlamentdə, ölkəmizi isə beynəlxalq

aləmdə layiqincə təmsil edəcəyinə inandıqlarını vurğulayıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR