Logo

Vüqar Bayramov: “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır”

Vüqar Bayramov: “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yanvarın 28-də 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov

Əhmədbəyli, Mahmudlu-2 və Qarabağ kəndlərindən sonra Araz Dilağarda və Araz Zərgər

kəndlərində də görüş keçirib.

Vüqar Bayramov son illər həyata keçirdiyi fəaliyyətlər haqqında ətraflı məlumat verib,

deputatlığa namizədliyini irəli sürməsinin səbəbləri haqqında danışıb: "Azərbaycan yeni dönəmə

daxil olur. Dövlət başçısının da qeyd etdiyi kimi millət vəkili seçildikdən sonra xalqın yanında

olmalı, gedib Bakıda oturmamalıdır. Millət vəkili xalqla hökumət arasında körpü olmalı,

seçiciləri maraqlandıran məsələləri öyrənməli, parlamentdə səsləndirməli, qanun yaradıcılığında

fəal şəkildə iştirak etməlidir. Mən məhz belə nümunəvi deputat olmaq üçün bu prosesə

qoşulmuşam”.

Çıxışının sonunda Vüqar Bayramov seçiciləri 9 fevralda aktiv olmağa çağırıb: "Seçkiyə gedin,

layiq bildiyiniz namizədə səs verin. Elə namizədə səs verin ki, sonra peşman olmayasınız. Hər

zaman öz millət vəkilinizin adını qürurla çəkə biləsiniz.”

Görüşün ikinci hissəsində Vüqar Bayramov seçiciləri maraqlandıran sualları cavablandırıb,

onların təklif və rəylərini dinləyib.

Görüşdə deputatlığa namizədi Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi Həsən Əmirov

müşayiət ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR