Logo

Azərbaycan Beynəlxalq Bankında qanvermə aksiyası

Azərbaycan Beynəlxalq Bankında qanvermə aksiyası
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Beynəlxalq Bankında "Donor günü” aksiyası keçirilib. Azərbaycan

Talassemiya Federasiyası ilə tərəfdaşlıq əsasında təşkil olunan aksiyada bankın Baş ofis və

ayrı-ayrı filiallarının əməkdaşları qan veriblər. Aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat

Hematologiya və Transfuziologiya İnstitutunun həkim hematoloqlarının tibbi dəstəyi ilə

aparılıb.

Belə bir aksiyanın təşkilində məqsəd talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların

müalicəsinə dəstək verməkdir. Toplanmış qan ehtiyatı bu uşaqların müalicəsinə yönələcək.

Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: "Azərbaycan Beynəlxalq Bankı

müxtəlif istiqamətlərdə ardıcıl korporativ sosial məsuliyyət layihələri həyata keçirir.

Donor günü aksiyası da sosial layihələrimizdən biridir. Toplanan hər damla qan bir

körpənin həyatda qalmasına yardım deməkdir. Belə donor günlərini gələcəkdə də

kollektivimiz üçün nəcib bir ənənəyə çevirmək niyyətindəyik”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə

məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli

Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR