Logo

Vüqar Bayramov seçicilərinə səsləndi: “Həmişə mənimlə fəxr edəcəksiniz”

Vüqar Bayramov seçicilərinə səsləndi: “Həmişə mənimlə fəxr edəcəksiniz”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 27-də üçüncü

görüşünü Gecəgözlü yatağında məskunlaşmış məcburi köçkünlərlə keçirib. Vüqar Bayramov özü,

fəaliyyət planı və görəcəyi işlər barədə ətraflı məlumat verdikdən sonra görüşünün məqsədinin seçicilərlə

səmimi ünsiyyət qurmaq, qarşılıqlı etimad formalaşdırmaq olduğunu deyərək onlara müraciət edib: "Artıq

sözün bütün mənalarında sizi dinləməyin zamanı yetişib.”

Seçicilər Vüqar Bayramova güvəndiklərini, respublikada və beynəlxalq aləmdə Füzuli rayonunu

daha yaxşı təmsil etməsi üçün onda bütün xüsusiyyətlərin cəmləşdiyini bildiriblər. Seçicilərin fikrincə,

məcburi köçkünlərin sosial təminatının gücləndirilməsi istiqamətində təkliflərin hazırlanması, müvafiq

dövlət qurumları ilə müzakirə edilməsi və hökumətə təqdim edilməsi üçün Vüqar Bayramovun biliyi və

təcrübəsi yetərlidir.

Vüqar Bayramov seçiciləri əmin edib ki, əgər seçicilər onu dəstəkləsə, Milli Məclisdə təmsil

olunduqdan sonra seçicilərlə tez-tez görüşə gələcək, onları maraqlandıran məsələlərin həll olunmasına

çalışacaq, bu barədə parlamentdə məsələ qaldıracaq, bütün respublikada nümunəvi millət vəkili olacaq:

"Mən əməlimlə, fəaliyyətimlə seçiminizin yanlış olmadığını göstərəcəm, siz bunu parlament

seçkilərindən az müddət sonra özünüz görəcəksiniz və həmişə mənimlə fəxr edəcəksiniz.”

Görüşdə deputatlığa namizədin vəkilləri Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi Həsən

Əmirov da iştirak ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR