Logo

Arayatlı, Babı və Mollaməhərrəmli sakinləri Vüqar Bayramova güvənirlər

Arayatlı, Babı və Mollaməhərrəmli sakinləri Vüqar Bayramova güvənirlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 27-də ikinci

görüşünü Arayatlı, Babı və Mollaməhərrəmli sakinləri ilə keçirib. Görüş üçün öncədən prosedurlara

uyğun olaraq xüsusi yer ayırlsa da, sakinlərin istəyi ilə tədbir açıq havada keçirilib.

Tədbirə göstərilən yüksək maraqdan məmnunluğunu ifadə edən Vüqar Bayramov özü və

fəaliyyəti haqqında seçicilərə geniş məlumat verib. O, beyin mərkəzinin qurucusu və rəhbəri kimi

müxtəlif proqram və mexanizmlər hazırladığını və onlardan bir neçəsinin ölkə rəhbərliyi və hökumət

tərəfindən qəbul edilərək tətbiq olunduğunu bildirib: "Bundan sonra da bütün fəaliyyətimi ölkənin iqtisadi

inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə sərf edəcəyəm.”

Deputatlığa namizədin vəkilləri Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi Həsən Əmirov

Vüqar Bayramovun görüşünə gələn seçicilərin çoxluğundan və fəallıqlarından razı qaldıqlarını, bunu

Vüqar Bayramova göstərilən etimad kimi qəbul etdiklərini qeyd ediblər.

Görüşdə çıxış edən hər 3 kəndin sakinləri Füzuli rayonunun, Azərbaycanın fəxri olan Vüqar

Bayramovun fəaliyyətini yaxından izlədiklərini və 9 fevral seçkilərində Elinə və Elminə güvənən

namizədə səsə verəcəklərini bildiriblər.

Görüş bitdikdən sonra Vüqar Bayramov sakinlərlə uzun müddət söhbət edib, onların fikirlərini

dinləyib, suallarını cavablandırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR