Qarabağ qazisi Elmar Musayevlə bağlı qazilərə müraciət etdi - VİDEO
Kateqoriya məlum deyil
103 saylı seçki dairəsindən deputatlığa namizəd Elmar Musayevə ictimai dəstək davam edir.
Sfera.az xəbər verir ki, bu dəfə o, Qarabağ döyüşçüləri tərəfindən ciddi dəstək alıb və qazilər adından I qrup müharibə veteranı Sarvan Bəylər açıqlama yayıb.
O açıqlamada bildirib ki, Elmar Musayev qazilərinin problemlərinin aktuallaşmasinda, onların həllində müvafiq orqanlara müraciət edərək vacib rol oynayıb. Fəaliyyətində həmişə vətənpərvərlik hissini uca tutaraq, daim bu məsələlərdə aktiv rol oynayıb.
Qazi 9 fevral seçkilərində səslərinin Elmar Musayevdən yana olacağını açıqlayıb və hər kəsi dəstək olmağa çağırıb.






