Logo

Şükürbəyli sakinləri Vüqar Bayramovu böyük sevgi ilə qarşıladı

Şükürbəyli sakinləri Vüqar Bayramovu böyük sevgi ilə qarşıladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yanvarın 27-də 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov rayon

ərazisində seçicilərlə görüşlərini davam etdirib. Səhər-səhər Şükürbəyli kəndində açıq havada seçicilərlə

görüşən Vüqar Bayramovu deputatlığa namizədin vəkillərindən Milli Qəhrəman Vahid Quliyev və

Qarabağ döyüşlərində fəal iştirak etmiş istefada olan polkovnik Həsən Əmirov müşayiət ediblər.

Şükürbəyli sakinlərinin böyük sevgi ilə qarşıladığı Vüqar Bayramov öz tərcümeyi-halı və

nailiyyətləri barədə seçicilərə qısa məlumat versə də, deputatlığa namizəd kimi görəcəyi işlər barəsində

geniş danışıb: "Mən konkret fəaliyyət planı ilə seçkiyə gedirəm. Fəaliyyət planım iki hissədən ibarətdir.

Təkliflərin birinci hissəsi məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə, ikinci hissəsi isə

ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə istiqamətlənib. Seçkinin nəticələrindən asılı olmayaraq

həmin təkliflərin reallaşdırılması üçün çalışacağam”.

Vüqar Bayramov seçiciləri 9 fevralda aktiv olmağa, layiq bildikləri namizədə səs verməyə

çağırıb: "Deputatı siz seçirsiniz, o, sizin səslərinizlə səlahiyyət əldə edir. Ona görə də, ilk növbədə sizin

qarşınızda hesabatlı olmalıdır. Deputat sizi dinləməli, maraqlandığınız məsələləri həll etmək üçün

çalışmalıdır. Mən Füzulinin timsalında nümunəvi deputat-seçici münasibətlərinin formalaşmasına

çalışacağam. Füzuli sakinləri, o cümlədən şükürbəylililər təmas xəttində yaşadıqlarını, yaratdıqlarına görə

daha çox diqqətə, daha çox qayğıya layiqdirlər.”

Milli Qəhrəman Vahid Quliyev bildirib ki, Vüqar Bayramov dünya şöhrətli alim olması ilə

yanaşı, həm də vətənpərvər ziyalıdır, Qarabağ dərdini, faciəsini yaşamış insandır, sizin birinizdir: "O,

beynəlxalq tribunalardan Qarabağımızın dərdini səsləndirən bir insandır. Təkcə elə buna görə mən sizi

Vüqar Bayramova səs verməyə çağırıram.”

Qarabağ qazisi Həsən Əmirov bir qarabağlı, bir azərbaycanlı kimi Vüqar Bayramovla fəxr

etdiyini bildirib: "Vüqar Bayramova səs verin ki, sizin də fəxriniz olsun. O, sizi layiqincə təmsil edəcək

və həmişə yanınızda olacaq.”

Görüşün sonunda Vüqar Bayramov kənd sakinləri ilə söhbət edib, onların yaşayışı ilə maraqlanıb,

seçicilərin müxtəlif mövzularda verdiyi sualları cavablandırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR