Bakıdan Pekinə uçuşlar dayandırılır
Kateqoriya məlum deyil
"Azərbaycan Hava Yolları” QSC (AZAL) hər il olduğu kimi, bu il də Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirdiyi uçuşları müvəqqəti dayandıracaq.
Sfera.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, fasiləyə səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir. Odur ki, martın 8-nə qədər Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həyata keçirilməyəcək.






