Logo

Tamkart istifadəçiləri üçün şəxsi kabinet istifadəyə verildi!

Tamkart istifadəçiləri üçün şəxsi kabinet istifadəyə verildi!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İndi Tamkart sahibləri öz kart hesablarına və alış-verişlərinə yeni istifadəyə verilmiş Şəxsi

kabinet xidməti vasitəsilə 24 saat ərzində onlayn nəzarət edə biləcəklər. Azərbaycan

Beynəlxalq Bankı yeni məhsullarından olan Tamkartın sahibləri üçün şəxsi kabinet yaradıb.

Tamkart istifadəçiləri indiyə qədər Bankın IBAm mobil əlavəsi vasitəsilə bütün kart

əməliyyatlarını nəzarətdə saxlaya bilirdilər. Şəxsi kabinet isə müştərilərə bu əməliyyatlardan

əlavə, ümumi borc, əsas borc, ona hesablanmış faizlər, ödənilməli olan məbləğlər, bankla

tərəfdaş ticarət-xidmət müəssisələrində aparılmış taksit əməliyyatları, onların ödənişləri və s.

barədə digər zəruri məlumatları da anında əldə etmək imkanı verir.

Bu yeni imkandan yararlanmaq üçün //cabinet.tamkart.az saytını açmaq və Şəxsi

kabinet bölməsinə daxil olmaq kifayətdir. Şəxsi kabinetdə Tamkart üzrə məlumatlara baxmaq

üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Tamkart sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunu,

mobil telefon nömrəsini və istifadəsində olan Tamkartın son 4 rəqəmini Şəxsi kabinet

bölməsində tələb olunan xanalara daxil etməsi kifayətdir. Şəxsi kabinet gələcəkdə bankın

IBAm mobil əlavəsinə də inteqrasiya olunacaq. Tamkart istifadəçiləri şəxsi kabinetlərindəki

həmin məlumatları IBAm-dan əldə edə biləcəklər.

Tamkartın əsas özəlliyi isə onun eyni anda iki kartı - debet və kredit kartlarını özündə

birləşdirməsidir. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində

əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 24

ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə

tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti

pulsuzdur.

Tamkart məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz

sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər

zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi

20% - dək çata bilər. Üstəlik, bu özəllik Tamkartı təşkil edən hər iki karta – həm debet, həm də

kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, Tamkart debet vasitəsilə Azərbaycan

Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir

komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan

www.tamkart.az saytından, yaxud //www.facebook.com/tamkart.az/ facebook

səhifəsindən əldə etmək və kartı sifariş vermək olar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə

məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli

Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR