Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonunda
seçicilərlə görüşlərini davam etdirir. Bu gün (26.01.2020) səhər Əhmədalılar, Qazaxlar,
Mirzənağılı kəndlərindən başlayan görüş Zobucuq 1, Zobcuq 2 qəsəbələrində və Kərimbəyli
kəndində davam edib.
Seçicilərin aktivliyi ilə keçirilən görüşlərdə etimad və güvənlərinə görə seçicilərinə təşəkkür
edən Vüqar Bayramov onlarla qürur duyuduğunu bildirib: Nə gizlədim, görüşdüyüm insanların
gözündəki sevgi, inam, etimad məni qürurlandırır. Eyni zamanda seçdiyim yolun düzgünlüyünə
və xalqın gözünün tərəzi olduğuna əminliyimi möhkəmləndirir. Mən xalqımın seçiminə
güvənirəm. Bu güvənin yaratdığı məsuliyyəti daşımaq isə mənim üçün böyük şərəfdir.”
Görüşdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev Vüqar
Bayramovun vəkili olmaqdan şərəf duyğunu və seçiciləri aktiv şəkildə seçkilərdə iştirak etməyə
səsləyib: Vüqar Bayramov qürur duyulan iqtisadçıdır. O, ölkədə aparılan iqtisadi islahatların
normativ hüquqi bazasının yaradılmasında peşəkarcasına iştirak etmək imkanına malik olan bir
iqtisadçı alimdir. Səsvermə zamanı da bu faktları nəzərə almağınızı tövsiyə edirəm. Mən sizi
əmin edirəm ki, Vüqar müəllimi dəstəkləmiş olsanız, peşiman olmayacaqsınız.”
Vüqar Bayramovun digər vəkillərindən professor Qalib Qarayev də seçicilərə seçim zamanı
diqqətli olmağa çağırıb: " Sərbəst seçim hüququnuz var. İxtiyar sizindir, siz seçəcəksiniz. Siz də
elə bir şəxs seçməlisiniz ki, o bizim dərdimizi bilmiş olsun, bu həyatı yaşamış olsun və kifayət
qədər də savadı olsun. Vüqar müəllim də bu qeyd etdiyim xüsusiyyətlərə sahib şəxsdir.
Seçiminiz Vüqar Bayramov olarsa, gələcəkdə özünüz də doğru seçim etdiyinizin şahidi
olacaqsınız.”
Görüşlərdə seçicilər də Vüqar Bayramova böyük etimad göstərdiklərini və ona güvəndiklərini
bildiriblər.






