Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonunda seçicilərlə
görüşlərini davam etdirir. Bu gün (25.01.202) səhər Zobcuq qəsəbə sakinləri Vüqar Bayramovu böyük
təntənə ilə qarşılayıb. 500-dən çox seçicinin iştirak etdiyi görüşdə fəaliyyət planını açıqlayan Vüqar
Bayramov məhz onlara xidmət etmək üçün bu dairədən namizədliyini irəli sürdüyünü deyib: "Mən də
məcburən köçkünəm. Torpaqlarımız işğal olunanda orta məktəbdə oxuyurudum. Köçkünçülük dövründə
Bakıda yataqxanada məskunlaşmışdıq. Sizin kimi mən də əziyyətlərə qatlaşmışam. Ancaq oxumuşam.
Ölkədə ali və aspirantura təhsilimi bitirdikdən sonra xaricdə daha yaxşı təhsil almışam. Vətənə xidmət
etmək üçün ölkəmə qayıtmışam. Bu gün belə bir imkan yaranıb ki, Sizin dərdlərinizi, fikirlərinizi öyrənib,
qanunvericilikdə müvafiq dəyişikliklər olunmasına çalışım. Sizin daha yaxşı, daha təminatlı yaşamanız
üçün fəaliyyət göstərim.”
Görüş səmimi atmosferdə keçib. Çıxış edən seçicilər Vüqar Bayramovu parlamentdə görmək istədiklərini,
9 fevralda Füzuli camaatını daha yaxşı təmsil edəcək namizədə səs verəcəklərini bildiriblər.
Görüşdə Vüqar Bayramovun vəkillərindən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif
Musayev və professor Qalib Qarayev iştirk ediblər.






