Logo

Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi

Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 24-də

ikinci görüşünü Füzuli rayonunun Yağlıvənd kəndində keçirib. Görüşdə iştirak edən kənd

sakinləri Vüqar Bayramova böyük etimad və ümid bəslədiklərini, ona səs verəcəklərini

bildiriblər: "Siz, biz füzulilərin qürurusunuz. Fəaliyyətinizi daim izləyirik, problemlərimizə necə

həssaslıqla yanaşdığınızı görürük. İnanırıq ki, millət vəkili seçildikdən sonra da bu mövqeyinizi

qoruyaraq daim yanımızda olacaqsınız.”

Göstərdikləri dəstəyə görə həmyerlilərinə təşəkkür edən Vüqar Bayramov onların

etimadlarına layiq olacağını bildirib: "Millət vəkili sizin səslərinizlə parlamentə seçilir. Ona görə

də özündə məsuliyyət hiss etməli, seçicilərinin güvənini itirməməlidir. Mənim fəaliyyət planımın

əsasını məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər təşkil edir.

Etimadınız mənə xalqımıza daha məhsuldar xidmət etməyə əlavə stimul verəcək”.

Görüşün sonunda görüşdə iştirak edən kənd ağsaqqalları Vüqar Bayramova öz xeyir-

dualarını ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR