Logo

Beyləqanda məskunlaşan məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb

Beyləqanda məskunlaşan məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov növbəti görüşünü yanvar

24-də Beyləqan rayonunda məskunlaşan məcburi köçkünlərlə keçirib.

Vüqar Bayramov görüş iştirakçılarına fəaliyyət planını, görəcəyi işləri açıqlayıb: "Fəaliyyət

planım həm məcburi köçkünlərin, həm də sosial müdafiəyə ehtiyacı olan digər təbəqələrin sosial

müdafiəsinin güclənməsinə və iqtisadi inkişafına xidmət edir. Dəstəyinizlə parlamentdə təmsil

olunacağım halda Sizin qarşınızda hesabatlı olacağam, ayda ən azı bir dəfə görüşünüzə

gələcəyəm. Bugünkü görüşün məqsədi də sizi dinləmək, Sizinlə ünsiyyət qurmaq, rəy və

təkliflərinizi eşitməkdir. Seçkinin nəticəsindən asılı olmayaraq platformamda nəzərdə tutulan

məsələlərin həllinə çalışacağam. Mən həmyerlilərimin doğru seçim edəcəyinə, doğru insana,

daim qürur duya biləcəyi şəxsə səs verəcəyinə inanıram. Hər birinizi seçki də aktiv iştirak

etməyə səsləyirəm.”

Görüş seçiciləri narahat edən məsələlərin müzakirəsi ilə davam edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR