Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirilib - FOTOSESSİYA
Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan BAXCP sədrinin müavini və vəkili Elçin Mirzəbəyli onun siyasi fəaliyyəti haqqında söz açdı və Qüdrət Həsənquliyevin həm siyasətçi, həm də millət vəkili kimi hər zaman ictimai maraqlardan çıxış etdiyini vurğulayıb.
Qüdrət Həsənquliyev bütün görüşlərdə olduğu kimi bu dəfə də ölkəmizin qarşısında dayanan ən böyük problemin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olduğunu qeyd edib və bu istiqamədə ciddi irəliləyişə nail olmaq üçün peşəkar ordu quruculuğu və xarici siyasət sahəsində həyata keçirilməsi vacib olan tədbirlər haqqında danışıb.
Görüşün sonunda deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin məhkəmə-hüquq, səhiyyə və digər sahələrlə bağlı suallarını cavablandırıb.
Görüşdə çıxış edən seçicilər Qüdrət Həsənquliyevin namizədliyini dəstəklədiklərini və ona səs verəcəklərini bildiriblər.






