Logo

Ramin Məmmədov seçicilərilə görüş keçirib

Ramin Məmmədov seçicilərilə görüş keçirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cari ilin Fevral ayının 9-a təyin edilmiş  VI çağırış parlament seçkilərinə namizdəliyini irəli sürmüş şəxslərin təbliğat- təşviqat kompaniyası davam edir.

Sfera.az xəbər verir ki, 64 saylı Sabirabad ikinci seçki dairəsindən namizədliyini vermiş Ramin Məmmədov  rayonun Əliləmbəyli və Çöl-Ağammədli kəndlərində seçiciləri ilə növbəti görüşünü keçirib. Məmmədov  ərazidə yaşayan seçicilərlə görüşürək onların problemlərini dinləyib. Ramin Məmmədov bildirib ki, səmimi və məhsuldar görüşlərin sayı artmaqdadır: "Gözəl Azərbaycanımızın son illərdə əldə etdiyi uğurlar, ölkə rəhbərliyinin qətiyyətlə atdığı addımlar və nəticə kimi hər birimizin həyatında baş verən müsbət dəyişikliklərdən danışdıq. Eyni zamanda kənd sakinlərinin həyatlarının daha yaxşılaşdırılması üçün onları narahat edən məsələlərinin həlli yollarını müzakirə etdik”.

Seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Ramin Məmmədovu dəstəkləyəcəklərini və ona inandıqlarını bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR