Logo

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakcell”in Applab proqramı və İNNOLAND İnkubasiya və Akselerasiya mərkəzi özlərinin birgə

inkubasiya proqramının iştirakçıları üçün "Demo Day” (Demo Günü) tədbiri keçirib.

Tədbirin məqsədi maliyyələşməyə ehtiyacı olan startaplar və sərmayə yatırmaq istəyən potensial

investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin

qurulmasına dəstək göstərməkdir.

Bakcell və İNNOLAND tərəfindən həyata keçirilən birgə inkubasiya proqramının finalçıları öz

nailiyyət və yeniliklərini nümayiş etdirib perspektivli startaplara investisiya yatırmaq marağında

olan şirkətlərin nümayəndələri və biznesmenlərlə tanış olmaq üçün dəvət olunublar.

Bakcell tərəfindən dəstəklənən "Bon.az” (www.bon.az - onlayn "cashback” xidməti), "Towaves”

(www.towaves.com - ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkə) və

"Fonibo” (www.fonibo.com - ərzaq və yeməklərin çatdırılması platforması) startapları da layihə

və gələcək planlarla bağlı məlumat vermək və potensial investorların diqqətini cəlb etmək imkanı

qazanıblar.

2018-ci ildə Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara

Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya

Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində Bakcell və

INNOLAND yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. İnkubasiya müddəti

ərzində startap komandaları öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap

ideyalarını uğurlu və innovativ biznesə çevirmək üçün INNOLAND və Bakcell tərəfindən təqdim

olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə

edirlər.

Xatırladaq ki, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə

məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell

şirkətinin AppLab proqramından dəstək alırlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR