Logo

Nəsimi rayonunda 2019-cu ilin yekunları müzakirə edilib

Nəsimi rayonunda 2019-cu ilin yekunları müzakirə edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan

diqqət və qayğı nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata

keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və

qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra

Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə

nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri

rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Bakı Biznes Mərkəzində

keçirilən 2019-cu ilin yekunlarına həsr olunan yığıncağında müzakirə

olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti

Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif

Zeynalov bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan

genişmiqyaslı quruculuq işləri çərçivəsində 3 nömrəli Sahə inzibati ərazi

dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq işləri

aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir

olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri  çərçivəsində geniş

işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə

vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və

binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş,

uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır.

3 saylı SİƏD rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkil

olunub keçirilməsində yaxından iştirak etmişdir. Həmçinin, ərazinin

sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtlı

vaxtında daşınması daim nəzarətdə saxlanılmış, aşkar edilmiş

nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər

görülmüşdür.

İnzibati ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış

binalarındakı mənzillər üzrə təsərrüfatların uçotu, habelə təsərrüfat

üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı dəqiqləşdirilmiş, ev

təsərrüfatlarının uçotu kitablarında müvafiq qeydlər aparılmışdır.

Bundan əlavə ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar

elektron sistemə daxil edilmişdir.

Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq

tapşırığına uyğun olaraq 2019-cu il fevral ayında respublikamızın bütün

bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3

nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində

yerləşən poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata

keçrilmişdir.

Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində ayrı-ayrı

ünvanlarda Rayon İcra Hakimiyyətinin başçısı 15-dən çox səyyar qəbul

və görüşlər keçirmiş, qəbullarda  sakinlər tərəfindən qaldırılmış

problemlər rayon İcra Hakimiyyəti Başçısının verdiyi tapşırıqlara əsasən

həll edilmiş, bəzi məsələlərə isə aydınlıq gətirilməsi üçün müvafiq

izahatlar verilmişdir.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif

Əsgərov  bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata

keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların

sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni

infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər

kimi qarşıya qoyulmuşdur.

Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan

çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər,

gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura  simasının

günü-gündən gözəlləşməsi və müasirləşməsi  burada yaşayan əhalinin

mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və

qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin

nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən

birinə çevirilmişdir. 2019-cu ildə Nəsimi rayonunda görülən işlər və

həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş,

qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində

aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon

İcra Hakimiyyəti tərəfindən respublikamızın gözəl guşələrindən olan

Qusar rayonunda rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil

məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə

də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri

respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Məktəblilərin yay

tətili gunlərində onların asudə vaxtlarının daha maraqlı və yaddaqalan

olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün

müxtəlif ekskursiyalar və tədbirlər təşkil edilib keçirilmişdir.

Hesabat  yığıncağında Mehriban İbrahimova, Esmira Məmmədova,

Həsənxan Mədətov və başqaları çıxış edərək   respublikada, o cümlədən

Nəsimi rayonunda  aparılan quruculuq işlərinin, həyata keçirilən böyük

sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının

yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan

Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan

Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz

dərin minnətdarlıqlarını bildirmişlər.

Hesabat yığıncağında sakinləri maraqlandıran suallar

cavablandırılmışdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR