Logo

Azərbaycanlı müğənni kişi məclisində oxudu, başına tökülən pullar süpürgə ilə yığıldı - VİDEO

Azərbaycanlı müğənni kişi məclisində oxudu, başına tökülən pullar süpürgə ilə yığıldı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Canan Gürcüstanda məclislərin birindən paylaşdığı görüntülərlə diqqət çəkib.

Sfera.az  xəbər verir ki, oxuyarkən kişilərlə rəqs edən ifaçının başına pullar səpilib. Yerə səpilən pulları isə süpürgə ilə toplayıblar.

Canan videonu "Gürcüstanda sevənlərimlə bir arada. Sevginizə, ürəyinizə Canoş qurban. Burada bəzi ağıllı-ağıllı yazanlar, mənə kiminsə düşüncəsi önəmli deyil” sözlərilə paylaşıb.

Qəribədir ki, sözügedən görüntülərə görə onu qınayanlar az olmayıb. İzləyicilərin bəziləri sənətçini kişi məclisində oxuduğu üçün və pul şabaşına görə onlarla rəqs etdiyi üçün tənqid ediblər.

(baku.ws)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR