Gənc və təcrübəli hüquqşünas Nizami rayonunun deputatı olmaq istəyir
Bir neçə gün bundan əvvəl 24 saylı Nizami birinci Dairə Seçki Komissiyasında (DSK) Elnur Mustafayevin deputatlığa namizədliyi qeydə alınıb.
Namizədliyin qeydə alınması üçün lazım olan sayda imzanı toplayaraq vaxtından əvvəl təhvil verən Elnur Mustafayev DSK-nın müvafiq qərarından sonra bu statusu əldə edib.
Qərardan dərhal sonra deputatlığa namizəd Elnur Mustafayevin seçki qərargahı formalaşdırılıb, seçkinin təbliğat-təşviqat mərhələsində görülməsi vacib olan işlərin bölgüsü həyata keçirilib.
Məlumat üçün bildirək ki, Mustafayev Elnur Akif oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Müdafiə Nazirliyinin Qazax rayonundakı "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. Rusiya Federasiyası Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının Hüquq fakultəsini əyani şöbəsində təhsil almış və 2008-ci ildə həmin universteti (bakalavr, magistr) bitirmişdir. Hazırda tikinti şirkətində hüquqşünas vəzifəsində çalışır. Ölkənin bir sıra bölgələrində önəmli mövzularla bağlı sosial-humanitar layihələr həyata keçirən "Logo Center” Psixoloji və Nitq İnkişaf Mərkəzinin qurucusudur. Ailəlidir, bir övladı var.
Namizədin Facebook səhifəsi: //www.facebook.com/elnur.mustafayev.399









