Logo

YAP-ın namizədi uzaq 90-lardan fotolar paylaşdı - FOTO

YAP-ın namizədi uzaq 90-lardan fotolar paylaşdı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısında ən diqqətçəkən isimlərdən biri olan Sadiq Qurbanov "Feysbuk”da maraqlı tarixi fotolar paylaşıb.

Hakim partiyanın 54 saylı Şabran-Siyazən Seçki Dairəsindən seçki yarışına qoşduğu S.Qurbanov YAP-ın qurucu üzvlərindən biridir. O, 1992-ci ildə Bakıda Heydər Əliyevin müdafiəsi məqsədilə keçirilən aksiyaların təşkilatçı və iştirakçılarından olub.

"Heydər Əliyev yolu xalqımızın yeganə nicat yoludur. Mən də fəxr edirəm ki, bu siyasətə xidmət edərək siyasi mübarizəyə atılmışam.

Heydər Əliyevin siyası hakimiyyətə qayıtmasını əngəlləyən, o zamankı Azərbaycan Respublikası Konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndinin ləğv olunması ilə əlaqədar 1992-ci ilin aprel-may aylarındakı fəaliyyətimdən fraqmentlərdir”, - deyə S.Qurbanov fotolara qısa şərh yazıb.

S.Qurbanovun tələbə yoldaşı Fuad Bədirov isə bu fəaliyyətə görə onun universitetdən xaric olunmasını xatırladıb:

"Dəyərli dostum Sadiq bəy hər zaman əqidəsini qorudu, baxmayaraq ki, onu Heydər Əliyev ideyalarının arxasınca getdiyi üçün o zaman universitetdən xaric etdilər. Ancaq yenə də əqidəsindən dönmədi, öz bilik və bacarığı sayəsində yenidən universitetə bərpa olundu və təhsilini, siyasi fəaliyyətini davam etdirdi. Bu gün də Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər arasında ən layiqlilərdən biridir. Bu şəkillər onun o zamankı siyasi fəaliyyətini necə də gözəl əks etdirir...” (azpolitika)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR