Logo

SOCAR dənizdəki bəzi işlərini dayandırdı

SOCAR dənizdəki bəzi işlərini dayandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ölkə ərazisində şaxtalı hava şəraitinin soyuq və şaxtalı keçməsi ilə əlaqədar SOCAR bu gün dənizdəki bəzi işləri dayandırıb".

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, mövcud qanunvericiliyə və əməyin təhlükəsizliyi normativlərinə əsasən, havaların soyuq və şaxtalı keçməsi ilə əlaqədar olaraq dənizdəki platforma və estakadalarda qazma və tikinti işləri, xüsusilə təhlükəli işlər, o cümlədən qaynaq işləri dayandırılıb.

"Hazırda yalnız hasilata nəzarət işləri həyata keçirilir", - deyə N. Quliyev bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR